Rusiyada aparılan araşdırmada ölkə əhalisinin iqtisadi və sosial həyatla bağlı əhval-ruhiyyəsi araşdırılıb.
Hafta.az-ın yazdığına görə, Rusiya Elmlər Akademiyasının Psixologiya İnstitutunun məlumatlarına əsasən, Rusiyada ötən il nəzarətsiz narahatlıq pozğunluğu olan insanların nisbəti 22 faiz, depressiyaya məruz qalanlarınkı isə 37 faiz təşkil edib. Hansı ki, epidemiyanın davam etdiyi 2022-ci ilin may ayında bu göstəricilər müvafiq olaraq 20 və 32 faiz həddində olub.
Rusiyanın Ukraynada müharibəyə başladığı 2022-ci ilin mart ayında cəmiyyətdə anksiyete pozğunluqlarının artdığı, qismən səfərbərlik elan olunduqdan sonra - sentyabrda daha çox yüksəldiyi, sonra isə yenidən azalmağa başladığı müşahidə edilib.
Milli İqtisadiyyat İnstitutunun məlumatına görə, Rusiya xalqının orta inflyasiya meyli 2022-ci ildə 16 faiz olduğu halda, 2023-cü ilin birinci rübündə 12 faizə, bu ilin sonunda isə 9 faizə enib.
Tədqiqatlar onu da göstərib ki, əhalinin əksəriyyəti xammal istehsalının və emalının artırılmasına əsaslanan iqtisadi modelə mənfi yanaşır və daha konkret inkişaf planı gözləntiləri üstünlük təşkil edir.
Ruslar arasında depressiya halları sürətlə artır
14:05 03.04.2023
Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Sosial rubrikasından digər xəbərlər